AZ

NBC: Tramp administrasiyası Meksikada narkokartellərə qarşı yeni əməliyyat hazırlayır...

ABŞ hərbçilərinin və kəşfiyyat əməkdaşlarının Meksika ərazisində yerüstü əməliyyatlara cəlb olunması planlaşdırılır…

Poliqon xəbər verir ki, NBC News telekanalının mənbələrinə əsasən, ABŞ prezidenti Donald Trampın administrasiyası Meksikada narkokartellərlə mübarizəyə yönəlmiş yeni hərbi və kəşfiyyat əməliyyatı üzərində işləyir. Plan çərçivəsində Amerika hərbçilərinin və xüsusi xidmət orqanlarının əməkdaşlarının Meksika ərazisində məhdud sayda yerüstü əməliyyatlara cəlb olunması nəzərdə tutulur.

Telekanal bildirir ki, bu barədə iki hazırkı və iki keçmiş ABŞ rəsmisi məlumat verib. Onların sözlərinə görə, planlaşdırılan əməliyyatın məqsədi Meksika hökumətini zəiflətmək deyil, narkoticarət şəbəkələrinin fəaliyyətini məhdudlaşdırmaq və ABŞ sərhədlərinə axını azaldmaqdır.

Mənbələrin qeyd etdiyinə görə, yeni təşəbbüs Tramp administrasiyasının Venesuelaya qarşı həyata keçirdiyi siyasətdən fərqlənir. Bu dəfə məqsəd siyasi dəyişiklik deyil, regionda narkotik istehsalı və qaçaqmalçılığının əsas mənbələrini zərərsizləşdirməkdir.

Ekspertlər hesab edirlər ki, Vaşinqtonun bu addımı həm regional təhlükəsizliyə, həm də ABŞ-Meksika münasibətlərinə ciddi təsir göstərə bilər. Eyni zamanda, əməliyyatın icrası üçün Meksika hökumətinin razılığı tələb olunacaq və bu, iki ölkə arasında diplomatik müzakirələrin əsas mövzularından birinə çevrilə bilər.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr