AZ

MÜHARİBƏNİN KODU:TÜRKİYƏ DÜNYAYA ALGORİTMLƏRLƏ QALİB GƏLMƏYİ NECƏ ÖYRƏDİR?

İspaniya kralı VI Filipp 10-13 noyabr tarixlərində Çinə dövlət səfəri edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin brifinqdə deyib.

 

"İspaniya Kralı VI Filipp Çin Sədri Si Cinpinin dəvəti ilə 10-13 noyabr tarixlərində Çinə dövlət səfəri edəcək. Bu, Kral VI Filippin taxta çıxmasından (2014-cü il) sonra Çinə ilk dövlət səfəri, həmçinin İspaniya Kralının 18 il ərzində bu ölkəyə ilk səfəridir ki, bu da böyük əhəmiyyət kəsb edir", - o qeyd edib.

 

XİN rəsmisinin sözlərinə görə, səfər zamanı VI Filipp Si Cinpin, Çin Dövlət Şurasının Baş naziri Li Tsyan və Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Çjao Letszi ilə görüşlər keçirəcək. Bu görüşlərdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə ediləcək.

Seçilən
31
senzor.az

1Mənbələr