AZ

Kislıtsya: “Müharibə mövcud təmas xətti üzrə atəşkəslə dayandırılmalıdır”

Ukrayna Xarici İşlər nazirinin birinci müavini Sergey Kislıtsya Ukrayna-Rusiya müharibəsinin mövcud təmas xətti üzrə atəşkəslə dayandırılmalı olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbulda keçirilən TRT World Forum 2025-də çıxış edən Kislıtsya ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenskinin bu məsələdə eyni mövqedə olduqlarını deyib.

O, ABŞ-nin müharibənin dayandırılması istiqamətində əsas beynəlxalq aktor olduğunu vurğulayıb.

Kislıtsya həmçinin Türkiyənin sülh prosesində fəal rol oynadığını və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyinin önəmini qeyd edib.

Əli Hüseynov

 

Seçilən
14
bakivaxti.az

1Mənbələr