"Formula 1" üzrə üçqat dünya çempionu Ayrton Sennanın bolidi "RM Sotheby’s" hərracında satışa çıxarılıb.
Publika.az xəbər verir ki, hərracda “McLaren”in 1991-ci il mövsümündə istifadə etdiyi və Sennanın vətəni Braziliyada Qran Pri qələbəsini qazandığı "MP4/6" model bolidi təqdim olunub.
Lotun təxmini dəyəri 12-15 milyon dollar arasında qiymətləndirilir. Bildirilir ki, boliddə işlək vəziyyətdə olan 720 at gücünə malik V12 mühərrik quraşdırılıb. Maşın “McLaren”in irsi qoruma bölməsi tərəfindən tam bərpa olunub.