ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tiktokda heyvanlara yardım videoları ilə tanınan bloqer Sevil Qasımova Xırdalanda küçə itlərinə dərman vermək istədiyi zaman yerli sakinlərin etirazı ilə qarşılaşıb.
Bakupost.az xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, xəstə və qotur itlərə yardım məqsədilə əraziyə getsə də, sakinlər buna imkan verməyiblər:
“Xəstə, qotur itlərdir, dərman verməyə gəlmişəm. Bütün Xırdalan camaatı ayağa qalxıb, hərəsi bir pəncərədən qışqırır. Özləri dərman vermirlər, məni də qoymurlar. Deyirlər, itlər xəstədir”, – deyə o bildirib.
Paylaşılan görüntülərdə sakinlərin bloqerə qarşı çıxaraq “kim narahatdırsa, aparsın evində saxlasın” kimi fikirlər səsləndirdiyi əks olunub.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Lalə Novruz, BakuPost
@sevilqsmv #fyp ♬ оригинальный звук - sevilqsmv
@sevilqsmv #fy ♬ оригинальный звук - sevilqsmv
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.