AZ

"Mingəçevirə qələbə dalınca gedirik" - Tərlan Quliyev

1-ci Liqanın 7-ci turu gərgin mübarizəyə səhnə olacaq. Çempionatın turnir cədvəlində 16 xalla şəriksiz lider mövqeyində qərarlaşan "Şəfa" səfərdə digər iddialı "Mingəçevir"lə qarşılaşacaq. 

Bakı təmsilçisinin müdafiəçisi Tərlan Quliyev "işıqçılar"la önəmli matç ərəfəsində fikirlərini Fanat.Az-a bölüşüb: 

"Çətin oyun olacaq. "Mingəçevir" 3-cü yerədir və onlara maksimum nəticə lazımdır. Rəqib ən azı ikinci yeri tutmaq uğrunda mübarizə aparır. "Mingəçevir" evdə normal futbol oynayır. Rəqibin öz meydanında ən azı mübarizə apardığını, döyüşdüyünü bilirik. Bu matça hazırlaşırıq. Matçın hansı nəticə ilə başa çatacağını deyə bilmərəm, amma biz Mingəçevirə qələbə dalınca gedirik. Futboldur, istənilən nəticə qeydə alına bilər. Hədəfimiz isə qələbədir. Məqsədimizə çatmaq üçün bacardığımızı edəcəyik. Təbii ki, qaşılaşmanın ağır alınacağını da dərk edirik".

Qeyd edək ki, "Mingəçevir" - "Şəfa" oyunu noyabrın 5-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.

Nihat 

Seçilən
21
1
fanat.az

2Mənbələr