AZ

Məşhur basketbolçu HƏBS EDİLDİ

Vaxtilə Türkiyənin tanınmış basketbol klublarında — “Fənərbaxça”, “Beşiktaş”, “Anadolu Efes”, “Türk Telekom” və “Banvit” komandalarında çıxış etmiş serbiyalı keçmiş basketbolçu Vladimir Stimac Serbiyada hökumət əleyhinə etiraz aksiyasında iştirak etdiyi üçün polis tərəfindən saxlanılıb.

Ulusal.az xəbər verir ki, Serbiyanın Daxili İşlər Nazirliyi açıqlayıb ki, Belqradda keçirilən etiraz aksiyaları zamanı ictimai asayişi pozmaq və iğtişaş yaratmaqda ittiham olunan 37 nəfər, o cümlədən Stimac həbs olunub.

Serbiya mediasının yayımladığı görüntülərdə Stimacın saxlanılarkən zorla yerə yıxıldığı və polisin onun başına diz çökdüyü əks olunub. Bu kadrlar ölkədə və sosial mediada geniş narazılıq doğurub.

Məlumata görə, o, Belqrad Ali Baş Prokurorluğunun göstərişi ilə Serbiya Parlamenti qarşısında “zorakılığa təhrik” ittihamı ilə saxlanılıb.

37 yaşlı Vladimir Stimac idman karyerasını başa vurduqdan sonra ölkəsində demokratiya və ifadə azadlığı uğrunda fəaliyyət göstərən ictimai fəallardan birinə çevrilib.

Onun həbsi Serbiya hökumətinin mediaya təzyiqləri və artan siyasi gərginlik fonunda baş verib. İnsan haqları təşkilatları Stimacın saxlanılmasını ifadə azadlığına zərbə kimi qiymətləndiriblər.

Stimac 2014–2020-ci illər arasında Türkiyənin aparıcı basketbol klublarında — “Beşiktaş”, “Anadolu Efes”, “Türk Telekom”, “Fənərbaxça” və “Banvit” komandalarında çıxış edib. O, Türkiyədəki oyunları ilə azarkeşlər arasında böyük rəğbət qazanmışdı.

Seçilən
14
moderator.az

1Mənbələr