AZ

Psixoloq: “Valideynlərlə yaşamasanız, bütün xəstəliklərin bədəninizdən çıxacaq, heç həkim lazım olmayacaq”

“Valideynlərlə yaşamayın. Ata-ana var, ikisi də yaşaya bilir, lap yaxşı. 30 yaşın var? Kirayə evə çıx, yüz-iki yüz manat olsa da, qoy şəraitsiz olsun, amma ayrı yaşa. Bir ilə özün üçün nələr yaradarsan. Bir il ərzində bütün xəstəliklərin bədənindən çıxacaq, heç həkim lazım olmayacaq. Valideynlərlə yaşayan insanlar, bunu bilin ki, nə qədər onlarla yaşayacaqsınız, o qədər də sizin taleyiniz bağlı olacaq. Demirəm ki, valideynlərinizi sevməyin, onları atın. Yox. Hörmət edin, sevin, gedib yoxlayın, onlar üçün bazarlıq edin, amma tək yaşayın. Çünki yetkin insanlarsınız. Amerikada, Türkiyədə, Avropada tək yaşayırlar. Nə oldu? Ancaq biz? Və italyanlar... Hamısı “mama” ilə qalırlar”.

 

Pravda.az xəbər verir ki, bu sözləri psixoloq Şamil Fətəliyev deyib.

 

“Analar var, qızı evdə bağlayırlar, buraxmırlar, bütün taleyini sındırırlar. Axırda ana deyir ki, “mən nə etmişəm, istəyərdim, ərə gedəsən, nə edim, heç kim xoşuna gəlməyib...”. O qədər var idi ki, sən qoymadın... Nə qədər insanların taleyi sınıb. Bu günə kimi deyir ki, anamla qalacağam, çünki başqa insan onu qəbul etməyəcək. Ana özü bu kompleksləri uşaqda yaradıb. 35-40 yaşına kimi yanında saxlayıb, indi də ancaq bu ana o uşağı qəbul edə bilər. Deyir ki, onsuz da sən “tupoysan”, pintisən, məndən başqa səni heç kim sevməyəcək. Özün pinti etmisən də. Səhərdən axşama kimi yeməyini verirdin, corabını yuyurdun. “Oğlum, uzan, yat, nəyinə gərəkdir, ev kirayə götürəsən, qoy pul cibində qalsın, lazım olacaq...” Rayondan gələn tələbə qızlar Bakıda kirayə yaşayırlar. Burada nə var ki? “Nə danışırsan, hansı evdə qalacaqsan? Yox, sən narkoman olacaqsan, alkoqol aludəçisi olacaqsan, səni öldürəcəklər, “mama” ilə qal...” “Mama” ilə qaldım də, əlli yaşına kimi”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 3 Noyabr 2025, 16:04   
Seçilən
23
pravda.az

1Mənbələr