AZ

Erik Ten Haq yenidən Premyer Liqada işləyə bilər

BAKI, 3 noyabr. TELEQRAF

Niderlandlı baş məşqçi Erik ten Haq karyerasını İngiltərənin "Vulverhempton" klubunda davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

Mənbənin məlumatına görə, bu vəzifəyə digər namizədlər arasında Brendan Rocers, Ole Qunnar Sulşer, Stiven Cerrard, Frenk Lempard və Serjiu Konseysau da var.

"Canavarlar" noyabrın 2-də baş məşqçi Vitor Pereyranın istefa göndərildiyini elan edib. O, ötən 2024-cü ilin dekabr ayından bəri klubda çalışırdı.

Qeyd edək ki, Erik Ten Haq 2022-ci ildən 2024-cü ilə qədər "Mançester Yunayted"in baş məşqçisi olub. Mütəxəssisin son iş yeri Almaniyanın "Bayer Leverkuzen" komandası olub. O, burada iyulun 1-dən sentyabrın 1-nə qədər işləyib.

Seçilən
12
teleqraf.com

1Mənbələr