AZ

Belqradda yenidən iğtişaşlar başlayıb

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Serbiyanın paytaxtı Belqradda Prezident Aleksandar Vuçiçin tərəfdarları ilə müxalifətçilər arasında qarşıdurma baş verib.

"Cebheinfo.az" xəbər verir ki, tərəflər bir-birinə fişənglərlə də hücum ediblər.

Minlərlə insanın qarşı-qarşıya gəldiyi hadisədə kütlədən şüşə butulkalar və məşəllər atılıb.Polis iki qrup arasında baryer quraraq qarşıdurmanı nəzarət altına almağa çalışıb. Hadisələr Novi Sad şəhərində 16 nəfərin həyatını itirdiyi qatar stansiyası faciəsinin birinci ildönümündən bir gün sonra baş verib.

Müxalif etirazçılar Belqradda faciədə həyatını itirən Stefan Hrkanın anası Diyana Hrkaya dəstək vermək üçün toplaşıblar.

Diyana Hrka verdiyi açıqlamada, mart ayından bəri Vuçiç tərəfdarlarının işğal etdiyi parlament binası qarşısındakı düşərgədə aclıq aksiyasına başladığını bildirib. Novi Sad və digər şəhərlərdə də Hrkaya dəstək aksiyaları keçirilib. Müxalif gənclər hərəkatı Vuçiçin 13 illik hakimiyyətinə qarşı erkən seçkilərin keçirilməsini tələb edir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
2
cebheinfo.az

4Mənbələr