AZ

Qusarda kəndlilərə hədə-qorxu gələn vəzifəli şəxs həbs edilib

Bu barədə AzVision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilmiş çoxsaylı istintaq hərəkətləri nəticəsində Zahid Abuyevin 2016-cı ildən 2025-ci ilin aprel ayınadək Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin 40-a yaxın sakininin qanun pozuntuları barədə meşəbəyliyə və ya aidiyyəti qurumlara məlumat verməməsi müqabilində hədə-qorxu yolu ilə onlardan dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitləri və digər maddi nemətlər almasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Zahid Abuyev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (hədə-qorxu ilə təkrarən rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qusar rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

AzVision.az
Seçilən
41
42
azvision.az

10Mənbələr