AZ

Qırğızıstanda 6 500-dən çox insan COVID-19-a yoluxdu

BAKI, 3 noyabr. TELEQRAF

Qırğızıstan Səhiyyə Nazirliyi ölkədə kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət barədə məlumat verib.

Teleqraf xəbər verir ki, oktyabrın 27-dən noyabrın 2-dək ölkə üzrə ümumilikdə 6574 COVID-19 yoluxma faktı qeydə alınıb (intensivlik indeksi - 91,0).

Ötən həftə ilə müqayisədə indeks 1,9% azalıb.

Bütün halların 63,8%-ni 14 yaşa qədər uşaqlar (4192 hadisə) təşkil edib. Xəstələrin 6,7%-i (441 hal) xəstəxanaya yerləşdirilib.

Seçilən
17
teleqraf.com

1Mənbələr