AZ

Bakıda bu məktəbdə müəllimlər dərsə girmədilər – Kütləvi narazılıqYENİLƏNİB

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən, 147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib.

Bakı Şəhər Təhsil İdarəsindən bu barədə Musavat.com-a məlumat verilib.

Qeyd edilir ki, hazırda təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir.

***

Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər.

Editor.az -ın Manset.az-a istinadla məlumatına görə, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi təyin olunmasıdır.

Məktəbin müəllimləri tərəfindən bildirilir ki, son 5 il ərzində direktor vəzifəsini icra edən (direktor əvəzi) Vüsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını bildiriblər. Nəticədə onlar tədris prosesinə qatılmayıblar və dərslər bu səbəbdən boş keçib.

Seçilən
50
20
editor.az

10Mənbələr