AZ

“Bitcoin”də kəskin eniş psixoloji həddi keçə bilər

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kriptovalyuta bazarları həftəyə ciddi itkilərlə başlayıb. “Bitcoin” ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz endirimi ilə bağlı qeyri-müəyyənliklərin artması fonunda 2,5%-dən çox ucuzlaşaraq 106.930 dollara düşüb. Mənfi tendensiya digər kriptoaktivlərə də təsir edib.

Bakupost.az xəbər verir ki, “CME FedWatch Tool”a görə, dekabrda ikinci faiz endirimi ehtimalı 90%-dən 63%-ə enib. Bu vəziyyət kriptovalyutalarda satışları gücləndirib.

“Bitcoin”in 111.000 dollar səviyyəsini aşa bilməməsi qiymətin 100.000 dollarlıq psixoloji həddə doğru geriləməsini sürətləndirib. “Coinglass” məlumatlarına görə, oktyabrda uzunmüddətli investorlar tərəfindən 100.000 BTC-dən çox satış edilib.

Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
www.bakupost.az

1Mənbələr