AZ

Hazırda 35 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərilir - Agentlik

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəSosial Xidmətlər Agentliyinin yerli filialları tərəfindən 35 şəhidailəsi evdə (səyyar) sosial-məişət xidməti ilə təmin olunur.

Trendxəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumatyayıb.

Bildirilib ki, həmin ailələr Sumqayıt, Xaçmaz, Quba, Şamaxı,Ağsu, Hacıqabul, Cəlilabad, Astara, Zərdab və digər şəhər vərayonlarda yaşayırlar.

Agentliyin sosial xidmətçiləri şəhidlərimizin yadigarlarınınevlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarınınalınması və s. işlərdə köməklik göstərirlər.

Agentlik tərəfindən bu ilin ötən dövründə ümumiilikdə 3774 nəfərtənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidmətigöstərilib.

Bu xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələriilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər vərayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosialxidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyiolan şəxslərə göstərilir.

Məqalədə:
Seçilən
28
9
az.trend.az

10Mənbələr