AZ

Yılmaz Morgül pərəstişkarlarını qorxutdu: Üç gün xəstəxanada qalacaq

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur türkiyəli sənətçi Yılmaz Morgül sosial media hesabında paylaşdığı şəkillərlə pərəstişkarları arasında böyük narahatlığa səbəb olub.

Oxu.Az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, bir müddətdir anasını itirməyin dərin kədəri ilə mübarizə aparan sənətçi, gərgin iş qrafikindən qaynaqlanan səhhət problemləri səbəbindən xəstəxanaya yerləşdirilib.

"Üç gün burada müalicə olunmalıyam. Çox gərgin iş yükü və anamı itirməyin dərin kədəri səbəbindən bəzən xəstəxanalıq oluram. Dualarınızı gözləyirəm", - deyə Morgül vəziyyətinin ciddiliyini açıqlayaraq bildirib.

Morgülün xəstəxana otağından paylaşdığı videoda nəfəs almaqda və danışmaqda çətinlik çəkdiyi açıq şəkildə görünür. Sənətçinin səhhəti pərəstişkarları arasında narahatlıq yaradıb və sosial mediada dəstək mesajları gəlməyə başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
oxu.az

1Mənbələr