AZ

Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə deyir ki...

Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması müzakirə olunmur.

Publika.az xəbər verir ki, bunu “RİA Novosti”yə Ankaradakı mənbə bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar prosesi davam edir.

"Hazırda biz konkret olaraq sərhədin açılmasından yox, münasibətlərin normallaşdırılmasından danışırıq. Bu, prosesin gedişindən asılı olacaq; hələlik konkret müddət yoxdur", - nəşrin mənbəsi bildirib.

Ermənistanla Türkiyə arasında 1991-ci ildən diplomatik əlaqələr yoxdur, Ankaranın təşəbbüsü ilə 1993-cü ildən isə ölkələr arasında dövlət sərhədi bağlanıb.

Seçilən
21
1
publika.az

1Mənbələr