AZ

BVF Ukraynaya yardımı dayandıra bilər – Belçikanın mövqeyinə görə

Belçika Rusiya aktivlərini müsadirə etməkdən imtina edərsə, BVF Ukraynanın maliyyələşdirilməsini dayandırmaq imkanını nəzərdən keçirəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Avropa mənbələrinə görə, dondurulmuş Rusiya aktivlərini geri çəkmək üçün qəti addımlar atılarsa, Beynəlxalq Valyuta Fondu Kiyevə yardım proqramını dayandıra bilər. Məsələ Aİ-də ciddi narahatlıq doğurur, çünki söhbət üç il üçün hesablanmış təxminən 8 milyard dollarlıq kreditdən gedir.

Proqram həcmcə böyük hesab edilməsə də, onun mövcudluğu Ukrayna iqtisadiyyatının sabitliyini və islahatların davam etdirilməsini nümayiş etdirmək üçün vacibdir. Aİ nümayəndələri hesab edirlər ki, Rusiya Federasiyasının aktivlərinin müsadirə edilməsi BVF üçün Ukraynanın gələcəkdə maliyyə öhdəliklərini yerinə yetirə biləcəyinə dair bir sübut ola bilər.

Mənbələrə görə, fondla mövqeləri razılaşdırmaq üçün az vaxt qalıb. "Bərpa krediti" adlanan kredit üzrə növbəti müzakirə 18-19 dekabr tarixlərinə planlaşdırılıb.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr