AZ

Əsgər maaşı da bank kartı ilə veriləcək - YENİLƏNİB

Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər.

Avtosfer.az xəbər verir ki, bu barədə Manset.az məlumat yayıb.

Bildirilib ki, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor təyin olunmasıdır.

Məktəbin müəllimləri bildirilib ki, son 5 il ərzində direktor vəzifəsini icra edən (direktor əvəzi) Vüsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını dilə gətiriblər. Nəticədə onlar tədris prosesinə qatılmayıblar və dərslər bu səbəbdən boş keçib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanladıq.

Qurumdan “Qafqazinfo”ya bildirildi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən, 147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Kəmalə Bayram qızı Şahmirova təyin edilib:

“Təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir”.(qafqazinfo)

Seçilən
21
avtosfer.az

1Mənbələr