AZ

İsrailli müğənninin çıxış edəcəyi konsert ləğv olunub

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hollandiyanın paytaxtı Amsterdamdakı məşhur Konsertgebouv konsert zalı dekabrın 14-də keçirilməsi planlaşdırılan Xanuka konsertini ləğv edib. Buna səbəb İsrail ordusu nümayəndəsinin həmin tədbirdə çıxışına etirazdır. Reyting.az-ın məlumatına görə, Konsertgebouv yazılı açıqlamasında bildirib ki, Xanuka Konsert Fondunun 14 dekabrda keçirilməsi planlaşdırılan Xanuka konserti üçün İsrail ordusunun baş kantoru (əsas müğənnisi) Şai Abramsonun çıxış etmək istəyi qəbul olunmayıb və konsert ləğv edilib.Qeyd olunur ki, qərar İsrail ordusunun baş kantorunun çıxışına alternativ barədə razılığa gəlinməməsi səbəbindən verilib. “Baş kantor kimi Abramson İsrail ordusunda mühüm rol oynayır və rəsmi tədbirlərdə İsrail ordusunu təmsil edir. Abramson bu rolda fəaldır. Konsertgebouv üçün həlledici amil İsrail ordusunun mübahisəli müharibədə fəal iştirakıdır və Abramson bunun görünən nümayəndəsidir”, - deyə bildirilir.Bəyanatda qeyd olunur ki, Konsertgebouv yaydan bəri bu məsələ ilə bağlı Fondla danışıqlar aparıb və məqsədin hələ də başqa bir sənətçi ilə Xanuka konsertini keçirmək olduğu bildirilir.“Bu qərarı vermək olduqca çətin idi. Biz yalnız çox müstəsna hallarda bədii azadlıq prinsipimizə istisnalar edirik. Böyük kədərlə bildirməliyik ki, indi belə bir müstəsna vəziyyət yaranıb. Planlaşdırılan konsertdə İsrail ordusunun baş kantorunun iştirakı insanları musiqi vasitəsilə birləşdirmək missiyamıza ziddir”,- deyə bəyanatda qeyd edilib.V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
reyting.az

2Mənbələr