AZ

Əsgərlərin maaşlarının kartla verilməsinə başlanıldı - RƏSMİ


Hazırda Azərbaycanda əsgərlərə maaşları kartla verilir. Bu barədə KİV-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir.

"Tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib. Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub",- MN-dən əlavə olunub.

ZÜMRÜD

Seçilən
12
5
baki-xeber.com

10Mənbələr