AZ

147 saylı məktəb liseydə nə baş verir? AÇIQLAMA

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər.

Bakupost.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi təyin olunmasıdır.

Məktəbin müəllimləri bildirib ki, son 5 il ərzində direktor vəzifəsini icra edən (direktor əvəzi) Vüsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını bildiriblər. Nəticədə onlar tədris prosesinə qatılmayıblar və dərslər bu səbəbdən boş keçib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun nümayəndəsi Bəşarət Məmmədov bildirdi ki, hazırda təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir:

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən, 147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib”.

Lalə Novruz, Bakupost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
20
www.bakupost.az

10Mənbələr