AZ

İsraildə sabiq hərbi prokuror həbs olundu — ədalətə mane olmaqda ittiham edilir

İsrail polisi keçmiş baş hərbi prokuror, general-mayor İfat Tomer-Yerușalmiyə qarşı cinayət işi açıb və onu həbs edib.

Musavat.com xəbər verir ki, Rəsmi Kan telekanalının məlumatına görə, Tomer-Yerușalmi ədalət mühakiməsinə mane olmaqda və etimaddan sui-istifadədə şübhəli bilinir.

Bazar ertəsi gecə saatlarında saxlanılan sabiq prokuror bu gün dindiriləcək və onun həbs müddətinin uzadılıb-uzadılmaması barədə qərar veriləcək,” – deyə Kan xəbər verir.

Bu hadisə İsrail ordusunun hüquq sistemində son illərin ən qalmaqallı istintaqlarından biri kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr