AZ

Yaponiyada ayı hücumuna məruz qalmış 79 yaşlı qadının cəsədi tapılıb

Bakı, 3 noyabr, AZƏRTAC

Yaponiyanın şimal-şərqindəki Akita prefekturasının meşəlik ərazisində ayının hücumuna məruz qalmış 79 yaşlı qadının cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, yaşlı qadını tapa bilməyən ailəsi bununla bağlı polisə müraciət edib. Onun cəsədi bazar ertəsi səhər saatlarında tapılıb.

Qeyd edək ki, prefekturada ayı hücumlarının artması ilə əlaqədar müdafiə naziri yerli hakimiyyət orqanlarına ayıların daşınması və zərərsizləşdirilməsi kimi logistik dəstək təklif edib.

Seçilən
47
3
azertag.az

4Mənbələr