ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Ramiz Mehdiyev ətrafında aparılan istintaqın hüquqi əsasları və onun mümkün nəticələri ictimaiyyətin diqqət mərkəzindədir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, əgər istintaq materiallarında kifayət qədər sübutlar varsa, keçmiş dövlət rəsmisi qanun qarşısında cavab verəcək:

Tağı Hüseynov
“Dövlətə xəyanət çox ağır cəzadır. Dövlət bu cür halları bağışlamır. Bu günə qədər kimliyindən asılı olmayaraq, dövlətə xəyanət edən və ya vəzifəsindən sui-istifadəyə yol verən şəxslər öz cəzalarını alıblar. Əgər Ramiz Mehdiyevlə bağlı cinayət işi materiallarında yetərli sübutlar mövcuddursa, o da qanun qarşısında cavab verəcək və lazımi cəzasını alacaq,” – deyə hüquqşünas vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.