AZ

Qazaxıstanın Azərbaycandakı səfiri "Hörmət" ordeni ilə təltif olunub

Bakı. Trend:

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel "Hörmət" ordeniilə təltif olunub.

Trend xəbərverir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-JomartTokayev adından dövlət mükafatını Xarici İşlər Naziri YermekKöşerbayev təqdim edib.

Xarici siyasət qurumunun rəhbəri təbrik nitqində Qazaxıstan vəAzərbaycan arasında strateji tərəfdaşlığı və sıx əməkdaşlığı qeydedib.

Öz növbəsində Səfir Alim Bayel Azərbaycandakı SəfirliyinQazaxıstanın xarici siyasətinin səmərəli həyata keçirilməsinə vəQazaxıstan-Azərbaycan müttəfiqlik münasibətləriningücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyinibildirib.

Xeyriyyəçilik fəaliyyətinə görə azərbaycanlı iş adamı AmilYusifov da “Hörmət” ordeni ilə təltif olunub. O, AZAL aviaşirkətinəməxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsindəhəyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvlərinəmənzillər, həmçinin Aktau şəhərinin xilasedicilərinə, xəstəxanasınavə təcili yardım stansiyasına avtomobillər hədiyyə edib.

Məqalədə:
Seçilən
23
16
az.trend.az

10Mənbələr