Britaniya hökuməti Ukraynaya əlavə "Storm Shadow" hava-yer qanadlı raketlərini göndərib. Məqsəd Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Kiyevin imkanlarını artırmaqdır. Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, göndəriş ABŞ prezidenti Donald Trampın Kiyevə uzun mənzilli "Tomahawk" raketləri göndərməkdən imtina etməsi fonunda həyata keçirilib. Britaniya hökuməti hələlik rəsmi şəkildə Ukraynaya "Storm Shadow" raketlərinin tədarükü barədə açıqlama verməyib. Rusiya isə dəfələrlə bildirib ki, uzun mənzilli silah zərbələri Kiyev tərəfindən deyil, qərb ölkələrinin mütəxəssisləri tərəfindən hədəflərə yönləndirilir. Prezident Vladimir Putin qeyd edib ki, Qərbdən ən müasir silahların Ukraynaya göndərilməsi belə döyüş vəziyyətini dəyişməyəcək.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31