AZ

Taksi xidməti sektoru üçün yeni mürəkkəb dövr başlayır: Sürücüləri müxtəlif yollarla bezdirirlər

ain.az, Bizimyol saytına istinadən bildirir.

Yeni taksi qaydaları bu istiqamətdə fəaliyyət göstərən sürücülərin işini bir az da çətinləşdirib. Ümumi sayın məhdudlaşdırılması xüsusi gərginlik yaradıb. Sürücülər sosial şəbəkələrdə aşkar narazılıq edirlər. İndi işləmək bir yana, həm də yeni qaydalar haqqında düşünmək lazım gəlir.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin oktyabrın 13-də açıqladığı qərara əsasən, Bakıda taksilərin sayı 25 minə qədər azaldılması nəzərdə tutulub. Son günlər lisenziya əldə etmək üçün böyük növbələr yaranıb. Sürücülər kənarda qalmaqdan çəkinirlər. Bu həm də yeni qaydalar üzündən işsiz qalmaq anlamına gəlir. Qərar noyabrın 1-dən qüvvəyə minəcək. Uyğun lisenziyası və icazəsi olmayanlar işləyə bilməyəcək.

Taksi ilə sərnişin daşımaq üçün buraxılış vəsiqəsi və texniki baxış müayinəsi də tələb olunur. Bakı Beynəlxalq Avtovağzalındakı uzun növbələr də buna görə yaranıb. Buraxılış kartı üçün hər gün bu ünvana üz tutanlar var. Proses mümkün qədər mürəkkəbləşdirildiyindən, sürücülər çıxılmaz vəziyyətdə qalıb.

Bir müddət əvvəl rəsmi statistika 67 min sürücünün taksi fəaliyyəti ilə məşğul olduğunu açıqlamışdı. Say 25 minə endirilirsə, deməli, qalan sürücülər işsizə çevriləcək. Bundan əvvəl elan olunan qərarlardan sonra insanlar kreditlə yeni avtomobil əldə etməyə çalışmışdı. İndi həmin şəxslərin işsiz qalmaq təhlükəsi yaranıb.

Ümumiyyətlə, taksi fəaliyyəti lazım olduğundan çox müzakirə edilir. Gah iş hüququ əldə etmək çətinləşdirilir, gah da qazanc imkanları məhdudlaşdırılır. Məsələn, Bakıdakı hava limanına buraxılışa imkan verilməməsi kimi. Bütün tədbirlər son nəticədə insanları işsiz və çörəksiz qoyur. Sanki ölkədə taksi xdmətinə "müharibə" elan olunub. Ölkədə işsizlik səviyyəsi çox yüksəkdir. İnsanlar məhz çarəsizlikdən bu sektora üz tuturlar. Rəsmi qurumlar isə əlindən gələni edir ki, sürücülər bezsin bu çörək qazanmaq yolu barədə bird aha düşünməsinlər.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr