AZ

Bakının bu məktəbində müəllimlər dərsə girməyib? - BŞTİ-dən AÇIQLAMA

Bakı şəhəri 147 saylı məktəb-liseydə kütləvi narazılıq səbəbindən müəllimlər bu gün dərsə girməyiblər.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. 

Məlumata görə, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən ikinci dərs zamanı 147 saylı məktəbə direktor kimi elan olunmasıdır. 

Redaktor.az məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu göndərib.

Sorğuya cavab olaraq bildirildi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən 147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib.

"Təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir", - deyə BŞTİ-nin açıqlamasında deyilir.

Aytəkin TOFİQQIZI

Seçilən
7
3
redaktor.az

4Mənbələr