AZ

Qalatasaray ın oyunu fransalı hakimlərə tapşırıldı Türk azarkeşlər etiraz edirlər

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının (ÇL) "Ayaks"-"Qalatasaray" oyunu fransalı hakimlər briqadasına həvalə olunub.

Oxu.Az xəbər verir ki, Niderlandda keçiriləcək oyunun baş hakimi Benua Bastyen olacaq.

UEFA-nın vacib oyuna fransalı hakimləri təyin etməsi Türkiyədə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə xeyli türkiyəli tərəfdarlar bu qərara etirazlarını açıq şəkildə bildiriblər.

Xatırladaq ki, ÇL-in əsas mərhələsinin 4-cü turunun "Ayaks"-"Qalatasaray" oyunu noyabrın 6-na keçən gecə baş tutacaq. Üç turdan sonra "Qalatasaray" 6 xalla 14-cü, xalsız "Ayaks" isə sonuncu - 36-cı pillədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
oxu.az

2Mənbələr