AZ

Sabirabadda nə baş verib: Qızı atasından şikayətçi olub, ya yox?

Ötən gün Sabirabad rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayılıb.

Tribunainfo.az xəbər verir ki, yerli mediada rayon məktəblərinin birinin direktorundan qızının şikayət etdiyi qeydd eddilib.

Həmin məlumata görə, direktor Akif Quliyevin qızı ərizəsində göstərib ki, atası məktəbdə qanunsuzluqlar edir, adı məktəbdə olub, özü olmayan müəllimlərin adını da yazıb. Nəticədə araşdırma başlayıb və direktor işdən çıxarılıb.

Tribunainfo.az xəbər verir ki, bu məlumatla bağlı ictimai fəal Müşfiq Abbasov da paylaşım edib. O bildirib ki, Sabirabaddan ona verilən məlumata görə, məsələ düzgün yazılmayıb. “Qız öz atasından ümumiyyətlə şikayət etməyib. Düzdür, məktəb direktorundan şikayətlər var, amma şikayətçi qızı deyil. Qızı yayılan bu məlumatlara görə pis vəziyyətdədir”.

Fərda Uğur

Seçilən
20
3
tribunainfo.az

4Mənbələr