AZ

İqtisadiyyat Nazirliyi və ADNOC-un investisiya platforması arasında yeni əməkdaşlıq razılaşması imzalanıb

“Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərimiz çərçivəsində həmkarım, bu ölkənin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə İqtisadiyyat Nazirliyi və ADNOC-un investisiya platforması olan XRG arasında yeni əməkdaşlıq razılaşması imzaladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cababrov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir əlavə edib ki, bu razılaşma qaz hasilatı sahəsində əməkdaşlıq edən SOCAR və XRG arasında tərəfdaşlığı enerji təchizatının şaxələndirilməsi istiqamətində genişləndirəcək: “Sənəd Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin enerji infrastrukturuna investisiyanın cəlb edilməsi, gəlirlərin şaxələndirilməsi və etibarlı tərəfdaş kimi rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir”.

Seçilən
36
11
vergiler.az

10Mənbələr