AZ

Deputat ekspertlə razılaşmır: “Veteran 20 sot torpağı neynəyəcək?!”

İqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli maraqlı təkliflə çıxış edib.

Bakıvaxtı.az xatırladır ki, o, Feysbuk sosial hesabında müharibə veteranlarının hər birinə azad etdiyimiz ərazilərdə 20 sot torpaq verilməsini təklif edib.

“Onlara həmin paydan istədikləri kimi istifadə etmək hüququ tanınsın. Yəni istəsələr həmin torpağı sata, ev tikə, icarə verə bilərlər. Bununla da həddən artıq az olan 80 manat ödəniş də tam dayandırılsın. Bu yanaşma mülkiyyət məsələsinin həllində irəliyə doğru atılmış ciddi bir addım olardı”.

Təklifi dəyərləndirən deputat Aqil Abbas Bakıvaxtı.az-a açılamasında qeyd edib ki, dövlət özü bütün prosesləri tənzimləyir:

“Müharibə veteranı 20 sot torpağı neynəyəcək? Qarabağlı deyilsə, Lənkəranda, Qazaxda, Naxçıvanda yaşayırsa, o, Qarabağdakı 20 sot torpaqla nə iş görəcək?! 80 manatı dayandırmaq isə düzgün deyil,  bu vəsait müharibə veteranlarının kommunal xərcidir. Onu dayandırmaq doğru deyil. O pulu kəsəndə Natiq Cəfərli başqa təklif verəcək. Qarabağ veteranlarına dövlət ev də verir, maşın da. Natiq Cəfərliyə hörmətim var, statuslarını hərdən izləyirəm. Hər halda təklifdir, səsləndirir”.

Müsahibimiz vurğulayıb ki, dövlət özü hər şeyi barədə düşünür. Qazilər, şəhid ailələri və müharibə veteranlarını diqqətdə saxlayır:

“Qarabağdan olanlara Qarabağda ev verir, veriləcək də. Köç indi başlayıb. Veteranlara da müəyyən güzəştlər edirlər”.

Aydın Baxış

Seçilən
35
2
bakivaxti.az

3Mənbələr