AZ

DİQQƏT: Suya limit tətbiq edilsə, qiymətlər belə olacaq KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qaz və işıqdan sonra suya da limit tətbiq oluna bilər. Ekspertlərə görə, hökumət artıq bu istiqamətdə müəyyən planlar üzərində düşünür.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, suya limitin tətbiqi siyasi qərardır və hökumət səviyyəsində bu məsələ ilə bağlı müzakirələr aparılır:

Xalid Kərimli

“Bu, siyasi qərardır. Hökumətin aidiyyəti qurumlarının rəhbərləri mətbuata müsahibələrində də səsləndirmişdilər ki, suya limitin tətbiqi haqqında düşünürlər. Məncə, limitin tətbiq edilməsi doğru qərardır. Limit o deməkdir ki, müəyyən həcmdə suya aşağı qiymət, həmin həddi keçən istifadəyə isə daha yüksək tarif tətbiq olunur. Bu, daha çox su sərf edən imkanlı şəxslərin üzərinə əlavə ödəniş yükü qoymaq baxımından pozitiv yanaşmadır”.

Ekspert əlavə edib ki, limitin tətbiqi suyun qiymətinin artması ilə bağlı deyil:

“Qiymətlərin artıb-artmaması Tarif Şurası və hökumətin qərarından asılı olacaq. Limitin tətbiqi isə fərqli gəlir qrupları arasında ədalətli bölüşdürmə məqsədi daşıyır”.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
konkret.az

2Mənbələr