Azərbaycanla Naxçıvanı birləşddirəcək alternativ yollardan biri olan “Araz dəhlizi” yaxın aylarda açıla bilər.
Tribunainfo.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçuli bildirib.
O deyib ki, önümüzdəki aylarda yeni Ağbənd-Kəlalə sərhəd-keçid məntəqəsi açılacaq.
Qeyd edək ki, Zəngilandan İran ərazisinə keçərək, orada da Culfaya uzanacaq yolun inşası başa çatmaq üzrədir. Həmin yolun üzərində inşa edilən körpünün tikintisi də yaxın günlərdə yekunlaşacaq.
Fərda Uğur