BAKI, 3 noyabr. TELEQRAF
Bütün ermənilərin katolikosu II Qaregin və bəzi tanınmış jurnalistlərin mümkün həbsi ilə bağlı Ermənistan daxili işlər naziri Arpin Sərkisyana sual ünvanlanıb.
Teleqraf xəbər verir ki, o, media nümayəndələri nazirə Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın bununla bağlı müvafiq göstərişinin olduğunu söyləyiblər.
Jurnalistlər bildiriblər ki, Nikol Paşinyan katolikosla yanaşı, həbs edilməli olan bəzi jurnalistlər və redaktorların adlarını hüquq-mühafizə orqanlarına təqdim edib.
“Ermənistanın siyahılarla iş yoxdur. Ermənistan hüquqi dövlətdir və proses faktlar əsasında başlanır. İstər nazir olsun, istər hökumət qanadının nümayəndəsi, istər jurnalist, istərsə də hər hansı digər vətəndaş, cinayət tərkibi varsa, əlbəttə, proses başlanacaq. Sizin qeyd etdiyiniz məlumatların heç biri reallığa uyğun gəlmir”, - Arpin Sərkisyan cavab verib.