AZ

Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovTürkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının(BBP) sədri Mustafa Desticini qəbul edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasındaqardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlifistiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin, həmçinin siyasipartiyalar səviyyəsində təmasların iki qardaş ölkə arasındamünasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd ediblər.

Görüşdə, həmçinin, regional təhlükəsizlik məsələləri,post-münaqişə dövründə bölgəmizdə vəziyyət, bərpa-quruculuq işləri,beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında sıxəməkdaşlıq əlaqələri, Türk Dövlətləri Təşkilatında prioritetlərətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
16
9
az.trend.az

10Mənbələr