AZ

Manatın məzənnəsi dəyişə bilər?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Gələn il manatın məzənnəsində dəyişiklik ehtimalı haqda yayılan xəbərlər bir çox iqtisadi faktorlardan asılıdır. Hazırda manatın sabit qalması üçün Mərkəzi Bank valyuta ehtiyatlarını və neft gəlirlərini əsas dayaq kimi saxlayır”. Bu sözləri iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.O deyib ki, qlobal bazarlarda neftin qiymətində ciddi azalma, ixracın zəifləməsi və idxalın artması təzyiq yarada bilər:“Məzənnənin dəyişməsi, xüsusilə devalvasiya halı, idxal mallarının bahalaşmasına səbəb olar. Bu isə ərzaq və gündəlik istehlak məhsullarının qiymətlərinə birbaşa təsir göstərər. Xarici borcu olan şirkət və vətəndaşlar üçün də risk artar, çünki ödəniş yükü manatla hesablandıqda çoxalar. Daxili iqtisadiyyatda inflyasiya təzyiqi yaranar, insanların real gəlirləri azalır. Lakin müəyyən hallarda məzənnənin qismən yumşaldılması ixracatçı sektorun rəqabət qabiliyyətini artıra bilər. Bu, qeyri-neft sektoruna müəyyən qədər müsbət təsir göstərə bilər. Xarici sərmayədarlar üçün isə proqnozlaşdırıla bilməyən məzənnə siyasəti risk siqnalıdır. Ona görə də hökumət adətən kəskin dəyişikliklərdən qaçmağa çalışır. Əhali üçün ən böyük təhlükə qəfil devalvasiya nəticəsində yığımların dəyər itirməsidir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr