AZ

Harri Keyn “Barselona”ya keçə bilər

Almaniyanın “Bavariya” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az “Sport.es”-ə istinadən xəbər verir ki, 32 yaşlı forvardın xidmətində “Barselona” maraqlıdır. Kataloniya klubu onun transferi üçün 65 milyon avro ödəməyə hazırdır.

Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

Seçilən
21
idmanxeber.az

1Mənbələr