AZ

Rusiyada güclü ZƏLZƏLƏ

Rusiyanın Kamçatka Yarımadasının şərq sahilində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Geoloji Araşdırmalar Təşkilatı (USGS), Kamçatka Yarımadasının şərq sahilində baş verən zəlzələnin gücünün 5.8 bal olduğunu açıqlayıb. Zəlzələnin 24 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Qeyd edək ki,  Kamçatka bölgəsi seysmik aktivliyi ilə tanınır və burada tez-tez yeraltı təkanlar müşahidə olunur. Hazırda bölgədə dağıntı və insan tələfatı ilə bağlı rəsmi məlumat verilməyib, lakin yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır.

Seçilən
22
cebheinfo.az

1Mənbələr