AZ

Azərbaycan İslamiadada 7 boksçu ilə təmsil olunacaq

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları start götürəcək. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, 15 gün davam edəcək yarışda Azərbaycan boksçuları da mübarizə aparacaqlar.

Kişilərin yarışında Məhəmmədəli Qasımzadə (60 kiloqram), Sərxan Əliyev (70 kiloqram) və Səidcəmşid Cəfərov (80 kiloqram) çıxış edəcəklər.

Qadınların mübarizəsində isə Zeynəb Rəhimova (51 kiloqram), Nərgiz Zeynalova (54 kiloqram), Aynur Mikayılova (57 kiloqram) və Fatimə Mehdiyeva (65 kiloqram) rinqə çıxacaqlar.

Qeyd edək ki, İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər 5 gün sonra yekunlaşacaq.

Seçilən
36
2
sia.az

4Mənbələr