AZ

Azərbaycanın mobil telefon bazarında "Samsung"un bazar payı azalıb

Azərbaycanın mobil telefon bazarında liderlər arasında kəskin mübarizə və pay bölgüsündə əhəmiyyətli dəyişikliklər müşahidə olunur.

FED.az xəbər verir ki, "Statcounter" agentliyinin son hesabatına əsasən, 2025-ci ilin oktyabrın 1-nə olan göstəricilər Xiaomi-nin Samsung-u geridə qoyaraq bazarın yüksək pilləyə yüksəldiyini, Apple-ın isə payını  artırdığını nümayiş etdirir.

Oktyabrın 1-nə Əsas Markaların Pay Bölgüsü:

Xiaomi: 25,72%

Samsung: 24,55%

Apple: 21,20%

Xiaomi-nin bazar payı ötən dövrlərlə müqayisədə artım nümayiş etdirərək liderliyə sahiblənib  2025-ci ilin sentyabrı ilə müqayisədə ( 19,44% ) oktyabrına qədər 6.28 faiz bəndi artıb.İllik isə 2.19 faiz bəndi azalma baş verib.

Samsung-un bazar payı isə davamlı olaraq azalır.

Aylıq 1.92 faiz bəndi,  illik isə 8 faiz bəndi  azalma baş verib.

Apple-ın bazar payında gözəçarpacaq artım müşahidə olunur. Belə ki, aylıq 1.17 faiz bəndi, illik 4.83 faiz bəndi artım baş verib.

Digər brendlərdən HonorHuaweiTecnoInfinixOppoRealmeGoogleMotorolaVivoOnePlusLenovoNokiaLGItelSonyZTE kimi markaların hər birinin payı 5%-dən aşağı olmaqla bazarın qalan hissəsini təşkil edir və ümumilikdə paylarında cüzi dəyişikliklər müşahidə olunur.

Seçilən
64
fed.az

1Mənbələr