AZ

“Ukrayna cəbhəsində vəziyyət kəskinləşir” - Hərbi ekspert

"Ukrayna cəbhəsində vəziyyət kəskinləşir, informasiya müharibəsi ağır davam edir".

Hərbi ekspert Ramil Məmmədli News365.az-a açıqlamasında bildirib ki, Ukrayna cəbhəsindəki döyüşlər gözlənildiyi kimi zəifləmək əvəzinə, kəskinləşməyə başlayıb.

Ekspertin sözlərinə görə, hər iki tərəf çox ciddi informasiya müharibəsi aparır:

“Kənar ölkələrin media strukturları və bu istiqamətdə fəaliyyət göstərən şəxslər üçün vəziyyət olduqca çətinləşib. Rusiya mediyası Pakrovski istiqamətində baş verən hadisələrlə bağlı öz məlumatlarını yayır, Ukrayna və Qərb mətbuatı isə öz maraqlarına uyğun fərqli informasiyalar təqdim edir,” – deyə Ramil Məmmədli bildirib.

O qeyd edib ki, döyüşlər yalnız Pakrovski istiqamətində deyil, Krasnı Liman istiqamətində də kəskinləşib:

“İlkin baxışda bu qədər əhəmiyyətli görünməsə də, Pakrovski Donetsk vilayətindəki ən iri yaşayış məntəqələrindən biri hesab olunur və strateji əhəmiyyət daşıyır,” – deyə ekspert əlavə edib.

Ramil Məmmədli vurğulayıb ki, hazırkı vəziyyət həm hərbi, həm informasiya cəbhəsində tərəflər üçün mürəkkəb bir sınaqdır.

Seçilən
22
news365.az

1Mənbələr