AZ

VI İslamiada: Azərbaycanın boks millisinin heyəti açıqlandı

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları start götürəcək. 15 gün davam edəcək yarışda Azərbaycan boksçuları da mübarizə aparacaq.

Baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayev İslamiadada Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərova (80 kq) şans verəcək.

Qadınlardan ibarət milli isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcək. Ər-Riyadda Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) rinqə çıxacaqlar.

Qeyd edək ki, İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər 5 gün sonra yekunlaşacaq.

Seçilən
42
teleqraf.com

1Mənbələr