AZ

Media: HƏMAS döyüşçülərinin təxliyə imkanlarını müzakirə edir

Bakı, 3 noyabr, AZƏRTAC

Fələstinin HƏMAS hərəkatı vasitəçilərlə Qəzza sektorunda İsrailin nəzarətində olan ərazilərdə qalan döyüşçülərinin təxliyə imkanlarını müzakirə edir.

AZƏRTAC xəbər verir ki, “Al Hadath” telekanalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, burada hərəkatın hərbi qanadı - İzzəddin əl-Qəssam briqadasının Qəzzanın cənubunda “yaşıl zonada” Rəfah və Xan Yunis tunellərində fəaliyyət göstərən onlarla döyüşçüsündən söhbət gedir.

Noyabrın 2-də İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında nəzarət etdikləri ərazilərdə HƏMAS-ın müqavimət ocaqlarının qaldığını açıqlayıb və onların məhv ediləcəyini bildirib.

Qeyd edək ki, HƏMAS hərəkatı və İsrail oktyabrın 9-da Türkiyə, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ştatların Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsi üzrə razılığa gəliblər. Oktyabrın 10-da Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib.

Oktyabrın 13-dən bəri HƏMAS sağ qalan 20 israilli əsiri azad edib və həlak olan 20 nəfərin cəsədini qaytarıb.

Seçilən
18
3
azertag.az

4Mənbələr