AZ

İmam üçün tortlu, musiqili ad günü... Kimdənsə geri qalmamaq üçün mənəvi dəyərlərimiz sarsıdılır Video

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bəzən sosial şəbəkələrdə qarşımıza çıxır ki, hansısa imamın ad gününü qeyd edirlər. Həm də tortla, musiqi ilə. Bu kimi mərasimlərin doğru olmadığı düşünülsə də və bayağı görünsə də, təəssüf ki, din adı altında bu bayağılığa yol verilir.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “müqəddəslərin ad gününü tortla və ya mərasimlə keçirmək” məsələsi İslamda belə bir ibadət və ya mərasim anlayışı yoxdur.

“Peyğəmbər (s) və səhabələr heç bir şəxsin doğum gününü dini məclis halına gətirməyiblər. Əgər bu tədbirlər xatirə, minnətdarlıq və dua məqsədli, lakin dini bayram kimi qəbul edilmirsə, o zaman mədəni tədbir sayılar. Amma onu “müqəddəs gün” və ya “bərəkətli mərasim” kimi dini məna ilə keçirmək artıq bidət (yəni dinə sonradan daxil edilən əməl) sayılır”-deyən ilahiyyatçı bildirib ki,

bu kimi tədbirlər İslamda nə ibadət, nə də mədəni bayram sayılır.

Əkrəm Həsənov vurğulayıb ki, müsəlman üçün ən gözəl yol Peyğəmbərin (s) buyurduğu kimi Allahın yolundan ayrılmamaq və öz kimliyini qorumaqdır.

Allah-təala belə buyurur: “Kim Allahın qoyduğu sərhədlərə riayət etsə, Allah onu dünyada və axirətdə ucaldar” (Tirmizi, Birr, 62)

“Bu gün belə tədbirlərin mahiyyətini insanların çoxu bilmirlər, uşaqlar sevinsinlər deyə valideynlər də öz övladlarını belə tədbirlərə aparırlar. Kimdənsə "geri qalmamaq" üçün mənəvi dəyərlərimiz sarsıdılır. Mən belə tədbirlərə qarşı deyiləm, ama istərdim ki, bizim gənclərin mənəviyyatına zərər vurmayacaq səviyyədə qeyd edilsin”-deyə Əkrəm Həsənov bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr