AZ

Süni intellekt "YouTube" platformasına hücum edib?

Süni

"YouTube" kanalında texniki təlim videoları müəmmalı şəkildə yoxa çıxıb. Buna görə süni intellekti ittiham edirlər.

Reyting.az
xəbər verir ki, "YouTube"da texniki mövzularda bir çox dərs videoları paylaşan müəlliflər bu həftə yayılan videoların "zərərli", "təhlükəli" kimi işarələndiyini və sonra silindiyini bildiriblər.

Şikayətçilərin sözlərinə görə, bu platformada qəfil baş verən silinmələrə süni intellekt səbəb ola bilər.

"YouTube" rəhbərliyi "Ars Technica" nəşrinə bildirib ki, süni intellektin məsuliyyət daşıdığını inkar edirlər.

Şirkət rəhbərliyi bəyan edib ki, səhvən silinən videolar artıq bərpa olunub.

Məlumata görə, silinmiş belə videolardan bəziləri hətta indi də aktual olan problemlərdən bəhs edirmiş və "Windows 11" proqramının rəsmən dəstəklənməyən kompüterlərə quraşdırılma yollarını göstəririmiş. Elə buna görə, bəzi müəlliflər qeyd ediblər ki, belə videolar çox baxış toplayır, eyni zamanda kanallar üçün əsas gəlir mənbəyidir.

Hazırda yaradıcılar hansı səbəblərdən bu dəyişikliklərin baş verdiyini anlamırlar. Hətta xəziləri buna görə kontentinə senzura tətbiq etməyə başlayıb.

Nəşr yazır ki, hazırda İstifadəçilər "Reddit" sistemində ən vacib tədris videolarını itirməmək üçün onları kompüterə yükləməyi məsləhət görürlər.

Oqtay QORÇU
Seçilən
18
1
reyting.az

2Mənbələr