AZ

Politico: BVF Ukraynaya yardımı dayandıra bilər

Belçikanın Rusiya aktivlərinin ekspropriasiyasını və təzminat krediti sxemi adı altında Ukraynaya vəsaitin ayrılmasını dəstəkləməkdən imtina etməsi Beynəlxalq Valyuta Fondunun (BVF) Kiyevə maliyyə yardımını dayandırmasına səbəb ola bilər.

Bakıvaxtı.az "Politico" nəşrinə istinadən xəbər verir ki, mübahisəli təzminat kreditinin avropalı tərəfdarları BVF-nin Ukraynaya davamlı dəstəyinin çox vacib olduğunu bildiriblər.

Fond növbəti üç il ərzində Ukraynaya 8 milyard dollar kredit ayırmağı düşünür. Lakin BVF-nin maliyyə dəstəyi təzminat krediti ilə razılaşmadan asılı olacaq.

Belə ki, ötən ay Belçika Aİ liderlərinin maliyyə və hüquqi məsələlərlə bağlı iclasında təzminat kreditinə qarşı çıxıb. 

Qəzet vurğulayıb ki, BVF-nin Kiyevə yardımının həcmi azdır, lakin onun verilməsi ölkənin maliyyə sabitliyini nümayiş etdirməlidir. Bu, Ukraynanın nə qədər effektiv idarə olunduğunu nümayiş etdirməlidir. 

Gülşən Şərif

Seçilən
26
bakivaxti.az

1Mənbələr