AZ

Tramp: “2028-ci il seçkilərində iştirak etməyi heç düşünmürəm”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, növbəti dəfə ABŞ prezident seçkilərində iştirak etməyi heç düşünmür və öz mümkün varisini kimlər arasında gördüyünü açıqlamaqdan imtina edib.

Ölkə.az xəbər verir ki, bu barədə o, "CBS News" telekanalına müsahibəsində bildirib.

“Yox, mən bu barədə heç düşünmürəm. Amma sizə deyim ki, çoxları istəyir ki, mən yenidən namizəd olum. 

Lakin bizimlə demokratlar arasındakı fərq ondadır ki, bizim ehtiyat skamyamızda çox güclü namizədlər var. Ad çəkmək istəmirəm, çünki bu, hələ vaxtsız olardı”, - deyə Tramp qeyd edib.

Həmidə İbrahimova

Seçilən
21
1
olke.az

2Mənbələr