AZ

Səmərqənd – Registan Meydanı VİDEO

Səmərqənd

Səmərqənd – Registan Meydanı: Orta Asiyanın İncisi və Dünyanın Mədəniyyət PaytaxtıRegistan Meydanı qədim Səmərqəndin ruhunu yaşadan, memarlıq gözəlliyi və tarixi abidələri ilə seçilən bir mədəniyyət mərkəzidirƏnənə və müasirliyin qovuşduğu bu şəhər bu gün də beynəlxalq diqqət mərkəzindədir.“Dünyanın Mədəniyyət Paytaxtı” titulu Səmərqəndin zəngin tarixi və mədəni irsinə verilmiş beynəlxalq dəyərdir. Bu münasibətlə şəhərdə sərgilər, festivallar və mədəni tədbirlər təşkil olunur.SəmərqəndKüçələr işıqlandırılır, bayram ab-havası hökm sürür, yerli sakinlər və turistlər bu hadisəni böyük sevinc və qürurla qarşılayırlar. Registan Meydanı – Tarix və Memarlığın İncisi:“Registan” sözü “qum meydanı” mənasını verir və əsrlər boyu Səmərqəndin ictimai və elmi həyatının mərkəzi olmuşdur. Meydan üç görkəmli mədrəsə ilə əhatələnib:1. Ülugbəy Mədrəsəsi (1417–1420) – elm və astronomiyanın inkişafına həsr olunmuşdur.2. Şirdar Mədrəsəsi (1619–1636) – qapısındakı aslan fiqurları və simvolik bəzəkləri ilə tanınır.3. Tilla-Kari Mədrəsəsi (1646–1660) – qızılı ornamentlərlə bəzədilmiş və həm məscid, həm də tədris binası kimi fəaliyyət göstərmişdir. Tilla-Kari, yəni “Qızıl Mədrəsə”, meydanın sonuncu tikilisidir. XVII əsrə aid bu dini və təhsil kompleksi Ülugbəy və Şirdor mədrəsələri ilə birlikdə ayrılmaz bir memarlıq ansamblı yaradır. 2001-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirası Siyahısına daxil edilmişdir. Bu tikililər birlikdə İslam memarlığının nadir nümunələrindən biridir. Registan bu gün də öz əzəməti ilə ziyarətçiləri valeh edir.Səmərqəndin Sehrli GecələriRegistan Meydanı rus əlifbasındakı “П” hərfinə bənzər formada tikilmiş üç mədrəsədən ibarətdir. Gecələr bu tarixi ansambl işıq və musiqinin birləşməsi ilə nağıl dünyasına çevrilir. Mavi, qızılı və bənövşəyi tonlarda işıqlandırılan binaların divarları sanki miniatür rəsmlər kimi canlanır. İşıq şousu qədim Səmərqəndin elmi və mədəni irsini müasir texnologiyanın dili ilə təqdim edir.İşıq-səs şousunda səslənən poetik cümlələr şəhərin ruhunu ifadə edir:“Səmərqənd — Sərhədsiz mədəniyyətin qəlbidir.”“Qədim İpək Yolunun xatirəsi bu arxitekturada yaşayır.”“Gecənin qulağına ötən minilliklər danışır.”Bu səslər və işıqların harmoniyası Səmərqəndi bir daha Dünyanın Mədəniyyət Paytaxtı adının haqqını verən canlı bir muzeyə çevirir. İzləyəcəyiniz videoda Registan Meydanının gecə gözəlliyi təsvir olunur. İşıq və səsin harmoniyası qədim mədəniyyətin nəfəsini bu günə daşıyır. Rənglərin oyunu sanki Ulugbəyin ulduzları ilə danışır, Nəvainin misraları kimi səssizcə səmanı bəzəyir. Bu görüntülər təkcə memarlıq gözəlliyini deyil, Səmərqəndin ruhunu və əbədiliyini hiss etdirir. Müasir texnologiya sayəsində qədim şəhər sanki yenidən doğulur – tarix musiqiyə çevrilir. Qədim İpək Yolunun qəlbində yerləşən bu meydan gecələr işıq və səsin nağılına çevrilir. Ulugbəy, Şirdor və Tilla-Kari mədrəsələrinin parlaqlığı Səmərqəndin ölməz ruhunu əks etdirir.Ulusum.az / R.İkramlı

Diqqət Çəkənlər

Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası

Səmərqənd – Registan Meydanı VİDEO

Qarın Əridən Detoks İçkisi Resepti – Limon, Xiyar, Nanə və Zəncəfil

Seçilən
48
ulusum.az

1Mənbələr